Onlayn ictimai-siyasi qəzet
Bakıda Yasamal rayonu ərazisində yerli əhaliyə "paraşok"lu su verilib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub.
Bildirilir ki, dünən axşam Mirəli Seyidov küçəsində yerləşən 18-ci binanın sakinləri kranı açarkən yararsız su ilə rastlaşıblar. Vətəndaşlardan biri "paraşok"lu suyu lentə alaraq bunu sübut kimi saxlayıb.
İddiaya əsasən, ardınca "Azərsu" ASC ilə əlaqə saxlayan sakinlərdən birinə deyilib ki, borular yuyulduğu üçün belə bir vəziyyət yaranıb. Lakin əvvəlcədən vətəndaşlara heç bir xəbərdarlıq edilməyib.
09 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ