İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bu küçəsi təmir olunub - Fotolar

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nəsimi rayonunun Rövşən Cəfərov küçəsini təmir edib.

Musavat.com xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilir ki, ortalama eni 9,5 metr təşkil edən küçənin təmir olunan hissəsinin uzunluğu 550 metrdir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, yararsız səki daşları yenilənib, küçəyə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa küçədə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub və layihə hündürlüyünə qaldırılıb, küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR