İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bəzi qəsəbələrində su niyə gəlmir? – “Azərsu”dan açıqlama

Son günlər Bakının bir sıra qəsəbələrində suyun gəlməməsi ilə bağlı şikayətlər daxil olur. İsti havalarda suyun gəlməməsi vətəndaşların narazılığına səbəb olur.

Daxil olan şikayətdə bildirilir ki, 6 gündür Əmircan qəsəbəsi ərazisində su yoxdur.

Məsələni aydınlaşdırmaq üçün AZXEBER.COM "Azərsu" ASC ilə əlaqə saxlayıb. "Azərsu" ASC-nin mətbuat xidmətinin əməkdaşı Neyman Səfərəliyev məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, son günlər isti hava şəraiti ilə əlaqədar suya tələbatın kəskin artması səbəbindən bir sıra qəsəbələrin su təchizatında çətinliklər müşahidə olunur:

"Əhalinin içməli su ilə təmin olunması məqsədilə şəbəkələrə verilən suyun həcmi artırılıb və tənzimləmə işləri davam etdirilir. Hazırda əməkdaşlarımız Suraxanı Rayonun Əmircan və digər qəsəbələrinə verilən suyun artırılması ilə bağlı ərazilərdə araşdırmalar aparır”.

Qurum rəsmisi vurğulayıb ki, nasos stansiyaları, magistral xətlərin ötürücülük imkanları bir daha nəzərədən keçirilir:

"Su almayan yaşayış massivlərinin normal qaydada su ilə təmin olunması üçün bütün zəruri tədbirlər görülməkdədir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR