Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburqa rəhbərlik uğrunda sentyabrda keçiriləcək seçkilərə artıq start verilib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, hazırkı qubernator Aleksandr Beqlovun rəqiblərinin kimlər olacağı xüsusi maraq doğurur. Namizədlər sırasında "Ədalətli Rusiya"nın lideri Sergey Mironovun qardaşı qızı, Nadejda Tixonovanın, “InFinTech” texnoloji parkının baş direktoru Mariya Mixaylovanın və Amerikada 15 il həbsdə yatandan sonra Rusiyaya təhvil verilən "silah baronu" Viktor Butun adı çəkilir.
Yaxın günlərdə Azərbaycanda səfərdə olmuş Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gəliblər. Valideynlərim Bburada olanda müharibə başlayıb. Atasını dərhal cəbhəyə göndəriblər, anam isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atasın dostları onları burada himayə ediblər. Beqlovun atası İkinci Dünya müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. A.Beqlov da Bakıda doğulub. O, ailədə səkkizinci uşaq olub.
Viktor But
Postsovet Sankt-Peterburqun tarixində şəhərin indiyədək beş meri olub: Anatoli Sobçak (o zaman mer vəzifəsi, 1991-1996), Vladimir Yakovlev (1996-2003), Valentina Matviyenko (2003-2011), Georgi Poltavçenko (2011-2018) və Aleksandr Beqlov (2019-cu ildən) Bildirilir ki, Sankt-Peterburq qubernatoru indiyədək şəhərə rəhbərlik edənlər sırasında ən çox tənqid edilən məmurdur. Ötən il Beqlovun istefası ilə bağlı petisiyada 1,3 milyondan çox sakin qubernatorun istefaya göndərilməsini istəyib.
Merin idarəçiliyindən narazılıq qeyd edildiyi kimi, çoxdan var, amma sakinlərin səbrinin son damlası Beqlovun MDB ölkələrinin assambleyasında Ukrayna bayrağı fonunda çıxışı olmuşdu. Amma prezident Putin onun vaxtından əvvəl istefaya gndərmədi. Bu yaxınlarda isə ölkə prezidenti Sankt-Peterburq qubernatorundan şimal paytaxtının daxili turizmdə niyə üçüncü yerdə olmasını soruşub. Bütün bunları o sentyabr seçkilərinin Sankt-Peterburq qubernatoru üçün asan keçməyəcəyi barədə iddiaları artırıb.
Daha bir maraqlı məqam ABŞ-da 15 illik həbsdən çıxdıqdan sonra RLDP sıralarına qoşulan Viktor Butun özünü qubernatorluğa namizəd kimi irəli sürə biləcəyidir. "Silah baronu" kimi tanın Viktor But hazırda Sankt-Peterburqda yaşayır. Amma qubernatora daha ciddi problem yarada biləcək namizəd “InFinTech” texnoparkının baş direktoru Mariya Mixaylovadır.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ