İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Türkiyəyə yardım aparan ilk yük maşını yola düşdü-VİDEO

Bakıdan Türkiyədə zəlzələnin səbəb olduğu fəlakətdən əziyyət çəkənlərə yardım aparan ilk yük maşını (Tır) yola düşüb.

Musavat.com xəbər verir ki, hazırda yardımların toplandığı (Babək prospekti 27) ünvanda daha iki yük maşını da doldurulur.

Türkiyədə zəlzələdən əziyyət çəkən qardaş və bacılarımıza yardım etmək üçün gələnlərin izdihamı indi də davam edir.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR