İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Tiflisə uçan təyyarə geri qayıdıb


“Buta Airways” aviaşirkətinin Bakı-Tiflis marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tiflis hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Musavat.com bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir.

Təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enib.

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tiflisə yola düşəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR