İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı 316 saylı məktəbdə rekord: 11A sinfinin 27 şagirdinin hamısı tələbə oldu

Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 316 saylı orta məktəbin 11A sinfinin bütün şagirdləri ali məktəblərə qəbul olunub.

Məktəbdən Musavat.com-a verilən məlumata görə həmin sinifdə təhsil almış 27 şagirdin hamısı buraxılış və qəbul imtahanlarında yüksək və orta nəticələr göstərib. Onlar avqustun 31-də başa çatan ixtisas seçiminin nəticələrinə əsasən müxtəlif ali məktəblərə qəbul olunublar. Bu, bir sinifden tələbə adını qazananların sayına görə Azərbaycan üzrə qeydə alınan ən yüksək göstəricidir.

Qeyd edək ki, şagirdlərdən 3 nəfəri 600-dan, 7 nəfəri isə 500-dən çox bal toplayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR