Onlayn ictimai-siyasi qəzet
Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsinin xidməti maşını qəzaya uğrayıb.
Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinə məxsus "Nissan Altima” markalı "10 AO 025” seriyalı xidməti maşını "Toyota Corolla” markalı avtomobil ilə toqquşub.
Nəticədə "Nissan Altima” markalı avtomobilə ciddi zərər dəyib.
Əldə etdiyimiz məlumata görə, "10 AO 025” seriyalı xidməti avtomobil Ədliyyə Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımova məxsusdur. O hadisə zamanı maşında olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır./Manset.az
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ