İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yolötürücülərindən birinə giriş məhdudlaşdırılacaq

Noyabr ayının 12-i səhər saat 8:00-dan axşam saat 17:00-dək Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yoltürücüsündə təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Musavat.com-a verilən məlumata görə, aparılacaq işlərlə əlaqədar olaraq qeyd olunan vaxt müddətində yolötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işlərinin aparıldığı müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin yan yolundan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR