Onlayn ictimai-siyasi qəzet
Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarışlara başlanılıb.
“Report” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ