İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada etnik gərginlik: kənd sakinləri qəzadan sonra mitinqə çıxdı

Musavat.com xəbər verir ki, Rusiyanın Saratov vilayətində yerləşən Podlesnoye kəndində ölümcül yol-nəqliyyat hadisəsindən sonra yerli sakinlər etiraz aksiyası keçiriblər.

Hadisədə roman (qaraçı) icmasının üzvünün iştirakı kənddə gərginliyə səbəb olub. Etirazçılar etnik qrup nümayəndələrinin davranışından narahat olduqlarını bildirərək, onların kənddən köçürülməsini tələb ediblər.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin məsələ ilə bağlı təcili şəkildə prosessual araşdırma aparılması barədə göstəriş verib. Bu barədə qurumun rəsmi Telegram kanalında məlumat yayılıb.

Hadisə Rusiyada etnik münasibətlər mövzusunun yenidən gündəmə gəlməsinə səbəb olub.  

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR