Onlayn ictimai-siyasi qəzet
Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın söndürülüb.
Bu barədə Musavat.com-a Fövqəlada Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallart Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində yerləşən 5 mərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsindəki mənzildə baş verdiyi müəyyən edilib. Yanğın genişlənməsinə imkan verilmədən söndürülüb", - məlumatda qeyd olunub.
Bakının Nərimanov rayonunda baş verən yanğın səbəbindən yola məhdudiyyət qoyulub.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində yanğın baş verib. Bu səbəbdən metronun “Nərimanov” stansiyası istiqamətində yolda məhdudiyyət tətbiq edilib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ