Onlayn ictimai-siyasi qəzet
Bakıda uşaq sığınacağına edilən hücumun təfərrüatı məlum olub.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O qeyd edib ki, bu gün səhər saatlarında diləndirilən iki azyaşlı sığınacağa yerləşdirilib və münaqişə yaradanlar da həmin uşaqların valideynləridir.
“Ana deyir ki, diləndirirəm, əcəb edirəm. Ata isə özünü yandıracağını bəyan edir. Bu uşaqlar təhlükəsiz yaşamaq, təhsil almaq haqqına sahibdirlər. Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək münaqişə yaradanları ərazidən uzaqlaşdırdı, barələrində araşdırma aparılacaq”, - deyə Kəmalə Ağazadə bildirib.
***
Bakıda sığınacağa hücum edilib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Belə ki, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Sözegedən görüntüləri təqdim edirik:
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ