Onlayn ictimai-siyasi qəzet
Bakıda gənc qız zəhərlənmədən vəfat edib.
Hadisə iyunun 7-si saat 05 radələrində baş verib.
Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.
D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.
Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.
Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.
Faktla bağlı araşdırmalar aparılır./Qafqazinfo
11 Iyun 2025
03:54 Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA
10 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ