Onlayn ictimai-siyasi qəzet
Bakı Rus Evində erməniəsilli bəstəkarın şərəfinə müsabiqə keçiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə Bakı Rus Evinin sosial hesablarında paylaşım edilib.
Bildirilib ki, Bakıda 2025-ci ildə M.Tarıverdiyev adına XIV Beynəlxalq Orqan Müsabiqəsi keçiriləcək.
Final sentyabrın 3-dən 8-dək Kalininqradda baş tutacaq.
Müsabiqədə iştirak üçün 40 yaşdan aşağı orqançılar dəvət olunur.
Mikael Leonoviç Tarıverdiyev erməni əsilli sovet və rus bəstəkarıdır. Tiflisdə erməni ailəsində anadan olub. Onun atası Dövlət Bankının direktoru vəzifəsində çalışıb və 1937-ci ildə repressiyaya məruz qalıb.
Tarıverdiyevin ən böyük şöhrəti, ilk növbədə, "Baharın on yeddi anı", "Taleyin ironiyası" filmlərinin musiqisi ilə bağlıdır.
Şahanə Rəhimli
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ