İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda şəhid övladlarına dəstək üçün tədbir keçirildi - FOTOLAR

Yasamal rayonu ərazisində yerləşən Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalmış soydaşlarımızın övladlarına mənəvi dəstək olmaq məqsədi ilə "Elimizə bahar gəlir!" adlı tədbir keçirilib.

Tədbir öncəsi məktəbin foyesində Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunub, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilib. Güləş idman növünə gedən məktəb şagirdləri də öz məharətlərini qonaqlara təqdim ediblər.

Musavat.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elza Bağırzadə çıxış edərək şəhid övladlarını və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib.

Daha sonra direktor bildirib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi əhəmiyyətli qələbə və zəfərin qazanılmasında dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi, səriştəli sərkərdə məharəti, beynəlxalq diplomatik müstəvidə əldə etdiyi nailiyyətlər, milli vətənpərvər ruhlu vətən övladlarımızın qəhrəmanlığı və hünəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Buna görə hər birimiz şəhidlərə və qazilərə borcluyuq.

E.Bağırzadə daha sonra əlavə etdi ki, 2021-ci ildə Azərbaycan xalqı ilk dəfə olaraq Prezident İlham Əliyevin liderliyi ilə itirilmiş torpaqlarının geri qaytarılması ilə tarixə düşdü. Bu qələbənin əldə edilməsi Ali Baş Komandan İlham Əliyevin regionda apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir. Əminliklə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyevin liderliyi altında daha böyük Azərbaycan olaraq qələbələrimiz davamlı olacaq.

Bayram tədbirində Bakı şəhəri İcra Hakimiyətinin nümayəndələri, Yasamal rayonu İcra Hakimiyətinin nümayəndələri, Yasamal rayon YAP sədri, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyi, "Zəfər" şəhid ailələrinə dəstək, İctimai Birliyinin sədri Sevinc Orucova, AMEA-nın şöbə müdiri Arif Məmmədov, şəhidlərə həsr olunmuş “Xatirə kitabı”nın baş redaktoru Nəzakət Məmmədova, təhsil işçiləri, məktəb direktorları, şəhid ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, fədakar ordumuz əzəli, əbədi Qarabağ torpaqlarımızı düşmənlə mübarizə apararaq azad etməyə müvəffəq olmuş, düşməni məğlubiyyətə uğuratmışdır. Xalq iqtidar, ordu birliyinin nəticəsində 44 günlük haqq savaşında 30 illik torpaq həsrətimizə son qoyularaq xalqımız tarixi qələbə Zəfərini qazanmışdır. Şəhidlərimizin və qazilərimizin bu igidlik səltənəti bizlərin və gələcək nəsillərin yaddaşında daimi olaraq yaşayacaq.

Rəsmi çıxışlardan sonra məktəbin şagirdləri müxtəlif səhnəciklər nümayiş etdirib, Novruz bayramının personajları keçəl, kosa tədbirə xüsusi rəng qatıblar. Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR