İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda rus deputatın müəmmalı ölümü: Xersonda isə müdafiə xətti yarıldı - CANLI

“Belarus Ukraynaya qarşı müharibədə iştirak edir, çünki bu ölkənin ərazisindən ərazimizə raketlər atılıb, qoşunlar hərəkət edib”. Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “LB.ua” nəşrinə bildirib.

“Şübhəsiz ki, onlar öz ərazilərini Rusiya qoşunlarının ixtiyarına veriblər. Amma məhz Belarus xalqının əhvali-ruhiyyəsi səbəbindən Belarus ordusunun müharibədə genişmiqyaslı iştirak etmək ehtimalı aşağıdır”, - o deyib.

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində rus ordusunun birinci müdafiə xəttini yarmağa müvəffəq olub. Bu barədə vilayətin rəhbərinin məsləhətçisi Sergey Xlan bildirib.

Ukrayna ordusu rus qoşunlarını silah-sursatla təmin edən Yeni Kaxovkadakı bazalarına zərbələr endirib. Bundan sonra Sofiyevka və David Brod kəndləri istiqamətində əks-hücuma keçən Ukrayna ordusu rusların müdafiəsinin birinci xəttini yarıb.

Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda oteldə meytinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb. 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib. SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.

TVMusavat-ın canlı efirində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə gündəmin bir sıra mövzularını dəyərləndirir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR