İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, araşdırmalarla 2000-ci il təvəllüdlü Ə.Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2024

27 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR