İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qardaşının öldürdüyü 20 yaşlı İlahə tələbə imiş

Xəbər verdiyimiz kimi, oktyabrın 13-nə keçən gecə Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 2003-cü il təvəllüdlü İlahə Kərimova qardaşı tərəfindən qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, 19 yaşlı qardaşı Həsən Kərimov tərəfindən boğularaq öldürülən İlahə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi imiş. O, kollecin Peşə təlimi şöbəsinin Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi ixtisası üzrə təhsil alırmış.

Qeyd edək ki, hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR