İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qardaş bacısını küçənin ortasında öldürdü

Dekabrın 6-da saat 18:00 saatlarında Xətai rayonu Zığ yolu küçəsində paytaxt sakini 1998-ci il təvəllüdlü Aygün Həsənovaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov hadisə ilə bağlı açıqlama verib.

O bildirib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxsin zərərçəkənin qardaşı Məhəmməd Həsənov olduğu müəyyən olunub və o, saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR