İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda polis bölməsində özünü pəncərədən atan şəxslə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünü ikinci mərtəbədən atan şəxslər bağlı yayılan xəbərlərə münasibət bildirilib.

Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünə xəsarət yetirən şəxs narkotika aludəçisidir, narokotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir: “Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.

Qetd edək ki, ötən gün bölməyə gətirilən 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu binanın ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR