Onlayn ictimai-siyasi qəzet
Bakıda uşaq oğrusunun peyda olduğu iddia edilir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində, məscidin yaxınlığında qeydə alınıb.
İddialara görə, bir nəfər maskalı şəxs küçədə oynayan uşağı qaçırmağa cəhd göstərib. Lakin ətrafdakıların müdaxiləsindən sonra hadisənin qarşısı alınıb.
Şikayətçi bildirir ki, zərərçəkmiş uşağın ailəsi polisə məlumat verib.
Məsələ barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı BAKU.WS-ə açıqlamasında bildirdi ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.
Məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırmalara başlanılıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ