İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda maşın "ölüxana"sı ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

"Sosial şəbəkələrdə yayılan video görüntülər DİN-ə aid olan ərazidə çəkilməyib".

Musavat.com xəbər verir ki, bu sözləri BAKU.WS-ə DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib:

"Məlumat üçün bildirirəm ki, Daxili İşlər Nazirliyinin balansında olan nəqliyyat vasitələrinin istismar müddəti başa çatdıqdan sonra aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir.

Xidmətin nümayəndələri həmin avtomobillərə baxış keçirdikdən sonra avtomobillərin utilizasiyasına və ya hərraca çıxarılması ilə bağlı qərar qəbul edilir. Hərraca çıxarılması nəzərdə tutulan avtomobillər isə sənədləşdirilərək həmin quruma təhvil verilir. Artıq bundan sonra avtomobillərin hərraca çıxarılması prosesi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.

Bu görüntülərdəki avtomobillər də hərrac məqsədilə aidiyyəti dövlət qurumuna təhvil verilən avtomobillərdir".

Qeyd edək ki, Yol Patrul Xidməti tərəfindən istifadə edildiyi iddia olunan onlarla maşının saxlanıldığı yerlə bağlı görüntülər yayılıb. Görüntülərdə onlarla "Hyundai ix35" və digər markalı avtomobillərin saxlanıldığı ərazi öz əksini tapıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR