İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda magistral yolda qəbiristanlıq salınacaq? - RƏSMİ CAVAB

Bakıda magistral yolun bir hissəsinin qəbiristanlq ərazisinə satılması iddia olunub. 

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

İddiaya əsasən, Yeni Günəşli, Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1 zolağı qəbiristanlıq ərazisinə satılıb və 180 qəbirlik yerin hazırlıq işlərinə başlanılıb.

Bu iddianın nə qədər həqiqəti əks etdirməsini dəqiqləşdirmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, iddialar əsassızdır: "Qeyd olunan ərazidə sürüşməyə istinad divarı inşa edilir. Sifariş əsasında işləri AAYDA görür. İşlər tamam olduqda ictimaiyyətə məlumat veriləcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR