İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda köhnə avtomobillərlə bağlı YENİ TƏKLİF - Məhdudiyyətlər... - VİDEO

Bakıda atmosferdə dəm qazının miqdarı normadan 1,6-2 dəfə artıqdır.

Musavat.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı açıqlama yayıb.

Bildirilib ki, son günlər havada dəm qazının miqdarının çox olması, adətən nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması ilə əlaqədardir.

Ekoloq Rauf Sultanov "Xəzər Xəbər"ə deyib ki, Bakı şəhərində havanın tərkibində karbon oksidinin çox olmasının əsas səbəbi nəqliyyat vasitələrinin buraxdığı qazlardır.

Bəs havadakı dəm qazının miqdarını azaltmaq üçün nə etmək lazımdır?

Rauf Sultanov hesab edir ki, Bakıda köhnə avtomobillərin və ağırtonnajlı yük maşınlarının istismarına məhdudiyyət qoyulmalıdır.

Həkimlər isə xəbərdarlıq edirlər ki, atmosferdə dəm qazının miqdarının normadan artıq olması ağciyər xəstəliklərinə yola açan başlıca amildir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR