İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda keçmiş məhkumdan tapança və heroin götürüldü

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança, iki ədəd patron, bir kiloqramdan artıq heroin və 390 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR