İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda İsveçrənin Milli Günü keçirilib - FOTO

Sentyabrın 8-də Bakıda İsveçrənin Milli Gününə həsr olunan tədbir keçirilib.

Musavat.com bildirir ki, tədbirdə müxtəlif səfirliklərin əməkdaşları, ölkənin tanınmış ictimai-siyasi nümayəndələri, rəsmilər iştirak edib.

Tədbiri giriş sözü ilə İsveçrənin Azərbaycandakı səfiri xanım Muriel Peneveyre açıb. O, qeyd edib ki, bu il Azərbaycan və İsveçrə arasındakı diplomatik münasibətlərin 30 illiyini tamam olur. Bu illər ərzində iqtisadi, siyasi, mədəni sahələrdə əlaqələr davamlı şəkildə inkişaf edib, xalqlararası əlaqələrin də bu inkişafda rolu var.

Daha sonra səfir xatırladıb ki, cari ilin may ayında Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə səfər edib, iyun ayında isə ölkələr arasında siyasi məsləhətləşmələr keçirilib. Səfir həmçinin bildirib ki, bu ilin sonunda ticarət və iqtisadiyyat üzrə Birgə Komissiyasının iclası planlaşdırılır.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, son 7 ay ərzində iki ölkə arasında ticarət dövriyyəsində ötən illə müqayisədə iki dəfədən çox artım qeydə alınıb. Nazir iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf edən xətlə davam edəcəyinə inandığını vurğulayıb.

Xalidə Gəray
Musavat.com

3afb1ba3-d640-489f-a76e-abd209b588fe.jpg (70 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR