İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakıda insanların həyatı üçün təhlükə mənbəyi olan binalar tikilməkdədir” - Deputatdan İLGİNC AÇIQLAMA

Milli Məclisin deputatı Azər Badamov cəmiyyət üçün çox aktual olan bir mövzuya toxunub. 

O, Musavat.com-a qeyri-qanuni tikilən və insan həyatına təhlükə olan binalardan danışıb.

Deputatın fikirlərini təqdim edirik: “Son illər aparılan sosial-iqtisadi siyasətin uğurlu icrası sayəsində ölkəmizin tikinti sektorunda böyük canlanma baş verib. Bu, həm də yeni-müasir tələblərə cavab verən binaların ucalmasına yol açıb. Yeni  tikililər yaşayış məntəqələrinə xüsusi müasirlik gətirir və vətəndaşların rahat yaşayışını təmin edir. Amma çox təəssüf ki, onların arasında qeyri-qanuni ucaldılanı, insan həyatına təhlükə mənbəyi olanı da az deyil. Bəzi tikililərin icazə və normalara uyğun olmadan, kommunikasiyaların  mühafizə ərazilərində tikilməsi, o cümlədən  “Şəhərsalma və tikinti məcəlləsi”ndə tələblərin daha yumşaq qeyd olunması və tələblərin icrasına görə tətbiq olunan inzibati cəzaların yumşaq olması nəticəsində davam etməkdədir. Bu, həm tikilmiş tikililərin sənədləşdirilməsi məsələsini, həm də təhlükəsizliyə nəzarəti çətinləşdirir. Qeyd etdiyim çatışmamazlıqların aradan qaldırılması üçün Şəhərsalma və tikinti məcəlləsində dəyişikliklər edilib.

8793_17.12.2020.134.jpg (10 KB)

Növbəti addım olaraq, qeyri yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər  haqqında”  14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanıb. Müvafiq fərmana görə 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan  qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Bu fərmanın icrası tikilmiş qeyri-yaşayış təyinatlı 40  mindən çox binanın istismara verilməsi və mülkiyyət hüququnun tanınmasına yol açacaqdır. Qüvvədə olan qanuna görə tikinti obyektinin istismara qəbul olunması üçün tələblər daha çox genişdir. Amma bu sahədə sadələşdirmənin aparılması bu günə qədər tikilmiş, lakin istismara təhlükəsiz və torpağın sənədi olan tikililərin mülkiyyət sənədlərini verilməsinə yol açacaqdır.

Sadələşdirilmiş icazə rejimi Fərmanda müəyyən edilmiş göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur. Sadələşdirilmiş icraat prosesindən yararlanmaq üçün ən geci 2025-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməlidir.  Eyni zamanda səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər. Tikintiyə və istismara icazələrin elektron portalı üzərindən ala bilməsi bu prosesdə şəffaflığın təmin olunmasına yol açacaqdır. Həm də icazə almadan özbaşına tikintinin tikintiyə başlamasına görə inzibati cəzaların sərtləşdirilməsi və belə tikinti başa çatandan sonra kommunikasiyalara qoşulmasının qadağan olunması qeyri-yaşayış təyinatlı tikililəri tikən subyektlərini qanunun tələblərini icra etməsinə öncədən düşündürəcəkdir”.

A.Badamov bir məsələyə də aydınlıq gətirdi: “Sonda qeyd etmək istəyirəm ki, tikinti -şəhərsalma sahəsində nəzarət tədbirlərinin sərtləşdirilməsi və qeyri-yaşayış təyinatlı bəzi obyektlərin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanın qüvvəyə minməsi bu sahədə xaotikliyin və özbaşınalığın aradan qalxmasına xidmət edəcəkdir”.

Cavanşir ABBASLI
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR