İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda hotel sahibi “parkovşik”i söydü: Həbs edildi

Bakıda fəaliyyət göstərən hotellərdən birinin icraçı direktoru "parkovşik"i söydüyü üçün həbs olunub.

Musavat.com qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində qeydə alınıb.

Belə ki, parklanmaya nəzarət edən şəxs 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, hotel direktoru çalışan Sənan Vəliyevdən (ad-soyad şərti) idarə etdiyi evakuatoru parkinqdə saxlamamasını, maşını ərazidən çıxarmasını tələb edib. Lakin Sənan həmin şəxsin tələbinə məhəl qoymayıb və aralarında mübahisə yaranıb. Bu zaman Sənan parkinqə nəzarət edən şəxsin ünvanına nalayiq ifadələr işlədib.

Polis tərəfindən saxlanılan hotel direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Sənan barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR