 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Bakının Sabunçu rayonunda bıçalanma hadisəsi baş verib.
Hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.
2002-ci il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu tanımadığı şəxsin bıçaqlı hücumuna məruz qalıb. O, qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, Ş.İsmayılov cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (lent.az)
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ