İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda evdən 11 000 manat və 4600 dollar oğurlanıb

Bakıda evdən 11 000 manat və 4600 dollar oğurlanıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11 000 manat və 4600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR