İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda evakuatorun üzərində süfrə qurduranın kimliyi bilindi - VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Görüntülərdə evakuatorun üstündə süfrə qurulması əks olunub. Məlum olub ki, kadrlar gürcüstanlı müğənninin klip çəkilişindəndir.

Belə ki, Bakının keçmiş məhəllələrində, gəzməli-görməli yerlərində çəkilən klipin təqdimatı ötən gün baş tutub.

Tədbirdə müğənni ilə yanaşı Dilarə Əliyeva, rejissor da iştirak edib. Klipə çəkilən Bəhram Bağırzadə səhhəti ilə əlaqədər təqdimata qatıla bilməyib.

10-ildən çoxdur ki, Bakıya gələn Açi buranın insanlarını çox sevdiyini söyləyib. O, yerli şoubiznesdən Aygün Kazımova, Röya Ayxan, Emin Ağalarovu tanıdığını bildirib.

Daha sonra Əməkdar artist Dilarə Əliyeva kliplə bağlı təəssüratlarını bölüşüb. O, çəkilişlərin uğurlu alındığını, evakuatorun üzərində ekstermal olmaqla yanaşı gülüş dolu anlar yaşadıqlarını söyləyib.

Qeyd edək ki, Bakının mərkəzi ilə hərəkət edən evakuatorda süfrə qurulub, məşhurlar ətrafına keçərək söhbət ediblər. Hətta, süfrədə samovar çayı da olub.

Milli.Az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR