İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, eyniadlı qəsəbədə baş verib.

Burada evlərdən birində 46 yaşlı S. Lukoninin meyiti tapılıb. İlkin ehtimala görə, onun texniki spirtdən zəhərlənərək öldüyü güman edilir.

Mərhumun meyiti tapılandan 3-4 gün əvvəl öldüyü bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam metil spirtindən zəhərlənərək ölüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR