İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda çimərliklərə bu avtobuslar gedir - SİYAHI

2023-cü il yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin (BNA) müvafiq sərancamı ilə 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri 15.06.2023-cü il tarixindən aşağıda qeyd olunan çimərlik ərazilərinə təşkil edilib.

Bu barədə BNA-dan məlumat daxil olub.

Məlumata görə, 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinə qədər, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinə qədər, 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinə qədər, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinə qədər, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti isə “Zirə” çimərliyinə qədər təşkil ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR