İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda çəyirtkələrin artması ilə bağlı- Rəsmi cavab

Son günlər Bakı sakinləri xoşagəlməz mənzərə ilə üz-üzə qalıblar.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, şəhərin müxtəlif ərazilərində, xüsusilə də fərdi yaşayış evlərinin həyətləri və çoxmərtəbəli binaların eyvanlarında kütləvi şəkildə çəyirtkələr peyda olub.

Sakinlər bu vəziyyətdən narahatlıq keçirirlər.

Məsələ ilə bağlı saytın suallarını cavablayan Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov bildirib ki, həyətyanı sahələrdə çəyirtkələrin artma səbəbi yem axtarışı ilə əlaqədardır:

“Belə ki, şəhərətrafı ərazilərdə yaşıllıq sahəsi azaldığı və hava da isti keçdiyi üçün yaranan yem qıtlığından dolayı çəyirtkələr yem tapmaq üçün həyətyanı sahələrdə yaşıllıq kütləyə gəlirlər. Hazırda bunun üzərində əməkdaşlarımız iş aparırlar. Çəyirtkələrin artmasına qarşı tədbirlər görülür. Onu da bildirim ki, çəyirtkələrin artması qorxulu bir şey deyil. Onların hər hansı bir zərəri yoxdur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR