Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra sosial şəbəkələrdə yeni video və foto görüntülər yayılıb.
Paylaşımlarda binaların silkələndiyi, bəzi tikililərdə dağıntıların olduğu görünür. Yerli sakinlərin sözlərinə görə, zəlzələ zamanı güclü səs və silkələnmə müşahidə olunub, bir çoxları panika içində evlərini tərk edib.
Hazırda AFAD və xilasedici qruplar bölgədə araşdırma və qiymətləndirmə işlərini davam etdirirlər. Rəsmi qurumların məlumatına görə, xəsarət alanlar barədə dəqiqləşdirilmiş məlumatlar toplanır, binaların təhlükəsizlik vəziyyəti yoxlanılır.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ