Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, paytaxtda müşahidə olunan qarlı-şaxtalı hava şəraiti səbəbindən yollarda buzlanma yaranıb.
Bu isə müxtəlif ərazilərdə tıxaclara və nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub.
Xüsusilə Bakı Dairəvi avtomobil yolu, Zığ yolu, Babək prospekti və digər əsas magistrallarda sıxlıq qeydə alınıb. Bakı Beynəlxalq Avtovağzalının qarşısında, həmçinin Bakı Dairəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Polis və aidiyyəti qurumlar yolların buzdan təmizlənməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sürücülərə sürət həddini hava şəraitinə uyğun tənzimləmələri, qəfil manevrlərdən çəkinmələri və ehtiyatlı olmaları tövsiyə edilir.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ