Onlayn ictimai-siyasi qəzet
“Artıq diqqətimizi Bakıya yönəltmişik. 2:4 hesabı ilə məğlub olsaq da, səfərdə bunun əvəzini çıxacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Braqa”nın baş məşqçisi Artur Jorje “Qarabağ”la keçiriləcək cavab oyunu haqqında danışarkən deyib.
Baş məşqçi bildirib ki, onun seçimləri “Qarabağ”la oyuna təsir edəcək: “Biz uğur qazanmağımıza kömək ola biləcək oyunçuları seçdik. Çempionatda “Farense” üzərində qələbə inam və motivasiyanı artırmaq üçün vacib idi”.
Təcrübəli məşqçi qeyd edib ki, hazırda bütün diqqəti “Qarabağ” a yönəldiblər : “Bərabərliyi bərpa etmək üçün son dəqiqəyə qədər mübarizə apararacağıq”.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ