İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bu yolda lükların üstü açıq qalıb - Ərazi sürücü və piyadalar üçün təhlükəlidir - VİDEO

Bakının mərkəzi küçələrinin birində 50 metrdən bir yerləşən lükların üstü açıqdır. Bu səbəbdən maşınlar çox vaxt, xüsusilə də gecə saatlarında yolun hərəkət istiqamətində olan bu təhlükədən yayına bilmirlər. Ərazi həm də piyadalar üçün təhlükəlidir.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, söhbət Koroğlu Rəhimov küçəsindən Təbriz küçəsinə dönən yoldan gedir.

Ətrafdakı sakinlərin sözlərinə görə, lükların üstü aylardır ki, açıqdır.

Həmin ərazidəki üstü açıq lüklardan biri də hərəkətin intensiv olduğu piyada zolağının düz üzərindədir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirdi ki, həmin lük çərçivələri oğurlanıb. Artıq əraziyə baxış keçirilib, qısa müddət ərzində lük çərçivələrinin yenisi ilə bərpa olunması üçün zəruri addımlar atılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR