İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakıda böyümüşəm, Azərbaycanca ana dilim idi”

"Hudutsuz Sevda"nın Qamzesi Zehra Yılmaz Azərbaycanda böyüdüyünü açıqlayıb.

Bu barədə o, Ceyda Düvencinin "Bambaşka söhbetler" verilişində danışıb. O, bildirib ki, atasının işi ilə bağlı Bakıya köçüblər:

"Orada özümü tanıdım, nə istədiyimə qərar verdim. Ana dilim Azərbaycanca oldu. Rusca oxudum, türk dilini anlayırdım. Amma insanın öz dilini bilməməsi pisdir. Başa düşürdüm, lakin aksentlə danışırdım. Bakını çox sevirəm, uşaqlığım orada keçdi. Eləcə də Azərbaycan xalqını çox sevirəm. Həmişə deyirəm, Türkiyə ilə qan bağım, Azərbaycanla can bağım var. İki ölkənin qarışığı kimi oldum". (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR