İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bir neçə ərazidə ağaclar kütləvi quruyur

"Son illər Bakıda və respublikanın digər yerlərində ağacların kütləvi quruması halları baş verir".

“Report” xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov “Ekspert saatı”nda deyib.

O bildirib ki, quruma əsasən xəstəlik və ziyanvericilərin yaratdığı fəsadlarla əlaqəli olub: "Paytaxtın Xəzər, Nərimanov, Binəqədi rayonu ərazisində ağacların kütləvi quruması baş verir. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, xaricdən mütəxəssislər dəvət olunub və monitorinqlər aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi quru ağacların götürülməsi ilə bağlı rəy də verib. Quru ağaclar götürülür, həmin ərazi dərman preparatları ilə dezinfeksiya edilir, sonra yerinə yeni tinglər əkilir"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR