Onlayn ictimai-siyasi qəzet
"COP29 tədbirini ölkəmizin qazanması böyük uğur idi. COP o ölkələrdə təşkil olunur ki, onlar inkişaf edir, sabitlik var, əmin- amanlıq var. Bir ildən də az vaxtda böyük miqyaslı tədbiri keçirdik".
Musavat.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov "COP29 Dünyanın Ekoloji Sabitlik Platfornasıdır" mövzusunda keçirilən beynəlxalq multidissiplinar konfransında deyib. Deputat COP tədbirinin keçirilməsi üçün ölkəmizin ən qısa zamanda bütünlüklə səfərbər olunmasından söz açıb.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov isə bildirib ki, COP 29 göstərdi ki, Azərbaycan qlobal tədbirlərin keçirilməsində liderlərdən biridir.
"Bu tədbirlərin keçirildiyi günlərdə bizə qarşı təşkil edilən hibrid hücumlarının şahidi olduq. Buna baxmayaraq, dövlət başçımız böyük cəsarətlə Afrika ölkələrini müstəmləkəyə çevirənləri tribunadan ifşa etdi".
"Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu bildirib ki, 2024- cü ilin ən uğurlu tədbirləri içərisində Rusiya ordusunun Qarabağdan çıxarılması, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və COP 29 tədbirinin ölkəmizdə uğurla baş tutmasıdır.
Media rəhbəri bu cür tədbirlərin keçirilməsində mətbuatın dəstəyini ifadə edib.
Şahanə Rəhimli
Musavat.com
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ