İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil Rəmziyyə Əhmədova vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 24-ü saat 19:15 radələrində paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, 67 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Bayramlı Anar Şahin oğlu idarə etdiyi "Mersedes" markalı avtomobil ilə yolu keçməyə çalışan Saatlı rayon sakini, 1977-ci il təvəllüdlü Əhmədova Rəmziyyə Bəhlul qızını vurub. Qadın almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya çatdırılarkən yolda ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR