Onlayn ictimai-siyasi qəzet
Bakının Hövsn qəsəbəsində 71 yaşlı qadını avtomobil vuraraq öldürüb.
APA xəbər verir ki, İsgəndərov Fuad İsa oğlu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə Suraxanı rayonu, Hövsan qəsəbəsindən Zığ qəsəbəsi istiqamətinə hərəkət edən zaman yolu keçən piyada - 1952-ci il təvəllüdlü Rəhmanova İlla Cavad qızını vurub.
Sonuncu aldığı xəsarətlərdən 3 saylı şəhər klinik Xəstəxanasında ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ