İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 3 rəfiqə itkin düşdü – DİN-dən AÇIQLAMA

Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan 3 rəfiqə itkin düşüb.

Bu barədə onların valideynləri bildirib.

Valideynlərin sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatır, lakin onlar zənglərə cavab vermirlər.

“Qızlardan birinin anası bizimlə əlaqə saxladı, onların Əli adlı bir gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqları aydınlaşdı. Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb”, - sosial şəbəkə hesabınlarında belə bildirilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, itkin düşdüyü iddia olunan 3 rəfiqədən yalnız birinin anası polisə müraciət edib.

DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı evi tərk edərək naməlum istiqamətə gedən şəxsin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

“Bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”, - Elbrus İbrahimov deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

BÜTÜN XƏBƏRLƏR