İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edibmiş... - TƏFƏRRÜAT

Bakıda kişinin qətlini arvadının təşkil etdiyi məlum olub.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda ibtidai istintaq davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR