İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 19 yaşlı gənc qətl törədib

Avqustun 31-i saat 04 radələrində Nərimanov rayonu, Qarabağ küçəsində 1989-cu il təvəllüdlü Ceyhun Sədyarovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan Musavat.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Ömər Cəfərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ceyhun Sədyarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ömər Cəfərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR