İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 11 evi qarət edən dəstə tutuldu -VİDEO

Bakıda 11 evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində 11 evdən oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.

Əməliyyat nəticəsində həmin qəsəbədə yaşayan Yunsur Rəhimov, qardaşı Ələsgər və qohumları yetkinlik yaşına çatmayan daha bir nəfər tutulub. Bu şəxslərin evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub. Araşdırma zamanı dəstə üzvlərinin Sabunçu və Suraxanı rayonunda da mənzillərdən oğurluqlar etdikləri müəyyən edilib. Onlar əldə etdikləri əşyaları isə Sabunçu qəsəbəsində yerləşən icarət mərkəzlərindən birində satıblar.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Oğurlanan əşyalarYunsur Rəhimov, qardaşı Ələsgər və qohumları

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR