İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bakı və İrəvanın razılaşması bu ölkələrin bölgəyə təsirini azaldacaq"

"Bakı və İrəvanın razılaşması həmin ölkələrin bölgəyə təsirini azaldacaq"

"Azərbaycanla Ermənistanın vasitəçi olmadan sərhədlə bağlı ilk razılaşması Rusiya və İrandakı siyasi dairələri düşündürüb. ABŞ, Avropa İttifaqı və Türkiyə əldə edilən razılaşmanı təqdir edərkən, ard-arda açıqlamalar gələrkən, Moskva və Tehrandan hələ ki, xəbər yoxdur".

Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 4 kəndin Azərbaycana qaytarılması və sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlanılmasına münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, halbuki, Moskva və Tehran hər dəfə bölgə ölkələri uzaq ölkələrin iştirakı olmadan danışıqlar aparmalı olduğunu bildirirdi:

elxansahinoglu (3).jpg (43 KB)

"Bakı və İrəvan məhz uzaq ölkələrin iştirakı olmadan müsbət nəticə əldə ediblər. Ancaq Moskva və Tehranda buna sevinən yoxdur. Çünki Rusiya və İrandakı dairələr bölgədə sülhdən çox Cənubi Qafqaz ölkələrinin onların təsiri altında olmasını istəyirlər".

Politoloqun fikrincə, Bakı ilə İrəvan arasında əldə edilən razılaşma isə Rusiya və İranın bölgəyə təsirini azaldacaq:

"Məsələn, baş nazir Nikol Paşinyan Tavuş bölgəsində artıq Rusiya sərhədçilərinə ehtiyac olmadığını deyib. Bakı ilə İrəvan razılaşma əldə etdiyi gün İranın Ermənistandakı səfiri Mehdi Sübhani Cənubi Qafqazda təhlükəsizliyin hazırkı kövrəkliyinin səbəbini regionda güc balansının pozulması ilə əlaqələndirmişdi: “Biz qəti əminik ki, Cənubi Qafqaz regionunda qüvvələr balansı yaradılmalıdır”. Yəni Tehran öz səfiri vasitəsilə demək istəyib ki, onlar bölgədə güclü Azərbaycanın əleyhinədirlər. Güclü Azərbaycan olmasaydı, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirər və bugünkü razılaşmalar əldə olunmazdı. Tehrana əvvəlki Cənubi Qafqaz lazımdır. Geri dönüş mümkün deyil".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR