İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bakı və İrəvanın mövqeləri yaxınlaşıb" - Mirzoyan AÇIQLADI

"Ermənistan və Azərbaycan demarkasiya və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasının əsası kimi 1991-ci ildə SSRİ dağıldığı anda iki ölkə arasında mövcud olan sərhədin tanınması haqqında razılıq əldə etməyə yaxındır".

Bu barədə martın 15-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışında bildirib.

"Hazırda bu məsələ ilə bağlı bir ay əvvəl olduğundan daha çox qarşılıqlı anlaşma var. Məndə belə bir təəssürat yaranıb ki, biz bu məsələdə qarşılıqlı razılıq əldə etməyə çox yaxınıq", - deyə Mirzoyan qeyd edib. (Turan)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR